Ermənistan tərəfinin Rusiyadan cavab gözlədiyi suallar var.
"Unikal" xəbər verir ki, bunu Ermənistan parlamenti sədrinin müavini Akop Arşakyan brifinq zamanı bildirib.
O, həmçinin qeyd edib ki, ikitərəfli münasibətlərdə problemlər var: "Düşünürəm ki, bunlar KTMT-nin fəaliyyəti, beynəlxalq müqavilələrin icrası, Ermənistanın təhlükəsizlik mühiti və 9 noyabr sənədinin bəndlərinin icrası və həyata keçirilməməsi ilə bağlı 2020-ci ilə dair müzakirə etdiyimiz açıq suallardır"
Vitse-spikerin sözlərinə görə, o, Rusiya parlamentlərarası komissiyasının həmsədridir:"Rusiyalı həmkarımla təmasların formatı, düzdür, bir az dəyişdirilib, lakin bu, qorunub saxlanılıb. Bütün istiqamətlərdə ikitərəfli təmaslar kifayət qədər yüksək və şəffafdır. Mən deyə bilmərəm ki, mətbuatın diqqətindən kənarda qalan bəzi məsələlər var ki, onlar haqqında indi şərh verməliyəm".
Ağarza Elçinoğlu