Hacı Zeynalabdin Tağıyev - Sumqayıt avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı 12.07.2024-cü il tarixində saat 17:20 radələrindən başlayaraq Sumqayıt Tibb Mərkəzinin Təcili Yardım Xəstəxanasına 11 nəfər (7-si kişi cinsli, 4-ü qadın cinsi olmaqla) yerləşdirilib.

"Unikal"ın məlumatına görə, Mərkəzdən bildirilib ki, hazırda 1 nəfərin vəziyyəti ağır, digərlərinin vəziyyəti isə orta ağır qiymətləndirilir.

Qeyd edək ki, Sumqayıt şəhərində marşrut avtobusu TIR-la toqquşub. Hadisə yolun Sumqayıt şəhərindən keçən hissəsində qeydə alınıb.