Azərbaycanın boccia millisinin üzvü Sona Ağayeva Portuqaliyanın Povoa de Varzim şəhərində keçirilən Dünya Kubokunda finala yüksəlib.
Azərbaycan Milli Paralimpiya Komitəsindən "Unikal"a verilən məlumata görə, BC2 kateqoriyasında mübarizə aparan idmançımız yarışın qrup mərhələsində Böyük Britaniyadan olan rəqibləri üzərində ardıcıl iki qələbə qazanıb.
Yarımfinalda slovakiyalı idmançını mübarizədən kənarlaşdıran təmsilçimiz həlledici mərhələyə vəsiqə əldə edub. S.Ağayeva sabah finalda portuqaliyalı idmançı ilə qarşılaşacaq.