Ağdaşda idarəetmədən çıxan maşın qəza törədib.

"Unikal"ın məlumatına görə, hadisə Qolqəti kəndi istiqamətində baş verib. İdarəetmədən çıxan "VAZ-2107" markalı avtomobil yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində müxtəlif bədən xəsarətləri alan 1961-ci il təvəllüdlü sürücü Səmədov Nasir Məcid oğlu xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov