Portuqaliya millisinin futbolçusu Pepe yenidən İspaniya çempionatında oynaya bilər.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, 41 yaşlı müdafiəçinin xidmətindən La Liqa təmsilçisi "Selta" maraqlıdır. Viqo klubu oyunçu üçün təklif göndərməyə hazırlaşır.
Son olaraq ölkəsinin "Portu" komandasında çıxış etmiş tanınmış müdafiəçi hazırda azad agent statusundadır.
Qeyd edək ki, Pepe daha əvvəl İspaniyada "Real Madrid"in formasını geyinib.