Bədəlova Elnarə Hicran qızı Bank of Baku-nun İT sahəsi, Planlaşdırma və Koordinasiya departamentinin direktoru vəzifəsinə təyin olunub.

"Unikal" xəbər verir ki, Elnarə Bədəlova Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) mühasibat uçotu və audit istiqaməti üzrə bakalavr təhsili alıb. Daha sonra təhsilini UNEC-də eyni istiqamət üzrə magistr dərəcəsi ilə davam etdirib. 

Ümumilikdə 15 illik peşəkar iş təcrübəsinə sahibdir. 

İş fəaliyyətinə 2009-cu ildə “FİNCA Azərbaycan”da başlayıb və 2012-ci ilə qədər Maliyyə xidmətləri eskperti olaraq çalışıb.

Daha sonra 2012-2016-cı illərdə “Amrahbank”da Nəzarət şöbəsi rəisi vəzifəsini yerinə yetirib.

2016-cı ildən isə “Kapital Bank”da fəaliyyət göstərməyə başlayıb. Texniki dəstək üzrə komanda rəhbəri, bank sistemində İT analitik, menecer vəzifələrini icra edib. Son 4 ildə “Kapital Bank”ın daxili bank sisteminin yazılıb tamamlanması və idarə olunmasında Məhsul sahibi olaraq çalışıb.