İngiltərə millisinin baş məşqçisi Qaret Sautgeyt istefa verib.

"Unikal" xəbər verir ki, bu barədə İngiltərə Futbol Assosiasiyasının rəsmi “X” sosial media hesabında məlumat verilib.

Açıqlamada 2016-cı ildən milliyə rəhbərlik edən 53 yaşlı çalışdırıcının yığmadakı vəzifəsini tərk edəcəyi bildirilib.

Qeyd edək ki, İngiltərə seçməsi Almaniyanın ev sahibliyi etdiyi Avropa çempionatının finalında İspaniya yığmasına 1:2 hesabı ilə məğlub olub.