UEFA-nın mətbuat xidməti başa çatan 2024-cü il Avropa çempionatının 11 ən yaxşı futbolçusunun siyahısını hazırlayıb.

"Unikal" xəbər verir ki, "11-lik"də turnirin qalibi İspaniya yığmasının 6 üzvü yer alıb.

Qapıçı: Mayk Menyan (Fransa)

Müdafiəçilər: Kayl Uoker (İngiltərə), Manuel Akanji (İsveçrə), Uilyam Saliba (Fransa), Mark Kukurelya (İspaniya)

Yarımmüdafiəçilər: Rodri, Fabian Ruis, Dani Olmo (hamısı - İspaniya)

Hücumçular: Lamin Yamal, Niko Uilyams (hər ikisi İspaniya), Camal Musiala (Almaniya)