"Real"ın yeni transferi Kilian Mbappe təqdimat mərasimində yeni kluba keçidi haqda danışıb.
"Unikal" xəbər verir ki, 25 yaşlı hücumçu arzusu gerçəkləşdiyi üçün xoşbəxt olduğunu deyib:
"Hamıya salam. Mən ispan dilində danışmağa çalışacağam. Vau! Burada olmaqdan inanılmaz dərəcədə xoşbəxtəm. Mən uzun illərdir ki, "Real"da oynamağı arzulayıram. Arzum bu gün arzum reallaşır. Mən xoşbəxt bir futbolçuyam. İlk gündən mənə güvənən prezident Florentino Peresə təşəkkür etmək istəyirəm. Bu gün bir xəyal gerçəkləşdi. Mən anamın necə ağladığını görürəm”.
Qeyd edək ki, Madrid təmsilçisi iyunun 3-də fransalı futbolçunu transfer etdiyini açıqlayıb və bu gün onunla rəsmi müqavilə imzalayıb.