UEFA AVRO-2024-ün ən yaxşı qolu nominasiyasının adını açıqlayıb.
"Unikal" xəbər verir ki, Lamin Yamalın Fransa yığmasının qapısından keçirdiyi top qalib elan olub.
O, turnirin yarımfinalında İspaniya - Fransa (2:1) matçında fərqlənib. Hesabı bərabərləşdirən gənc vunderkind komandasının finala yüksəlməsində böyük pay sahibi olub.
Sıralamada növbəti yerləri ingilis Cud Bellingemin 1/8 finalda Slovakiya ilə (2:1, ə.v.) isveçrəli Cerdan Şakirinin isə qrup mərhələsində Şotlandiya (1:1) oyunda vurduğu qol qərarlaşıb.
Qeyd edək ki, Yamalın çıxış etdiyi İspaniya finalda İngiltərəni 2:1 hesabı ilə məğlub edərək, 4-cü dəfə Avropa çempionu olub.