Futbol üzrə Azərbaycan Premyer Liqasında 2024/2025-ci illər mövsümünün ilk turunun oyun cədvəli açıqlanıb.

"Unikal" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, yeni mövsüm son çempion “Qarabağ”ın oyunu ilə start götürəcək.

Ağdam təmsilçisi “Araz-Naxçıvan”ın qonağı olacaq. Görüş saat 20:00-da başlayacaq.

Azərbaycan Premyer Liqası

I tur

2 avqust (cümə)

20:00. “Araz-Naxçıvan” – “Qarabağ”

“Liv Bona Dea Arena”.

3 avqust (şənbə)

18:30. “Neftçi” – “Turan Tovuz”

“Neftçi Arena”.

20:45. “Sumqayıt” – “Kəpəz”

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

4 avqust (bazar)

17:30. “Şamaxı” – “Sabah”

Şamaxı şəhər stadionu.

20:00. “Zirə” – “Səbail”

Zirə İdman Kompleksinin stadionu.