"Barselona"nın yarımmüdafiəçisi Pablo Torre məşqdə qolunu sındırıb.
"Unikal" xəbər verir ki, bu barədə Kataloniya klubunun rəsmi saytı məlumat yayıb.
Futbolçuya sol qolunun metakarpal sümüyünün sınığı diaqnozu qoyulub. Futbolçu yaxın vaxtlarda əməliyyat olunacaq. Onun sağalma vaxtı hələlik məlum deyil.
21 yaşlı ispaniyalı ötən mövsüm icarə əsasında "Jirona"da çıxış edib. Yarımmüdafiəçi son mövsümdə bütün yarışlarda 29 oyun keçirib, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.