Sabahkı oyunda revanş üçün çalışacağıq.
"Unikal" xəbər verir ki, bu sözləri "Şerif" klubunun baş məşqçisi Yuri Qura UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab qarşılaması çərçivəsində iyulun 18-də “Zirə” komandası ilə keçirəcəkləri oyundan öncə təşkil olunan mətbuat konfransında deyib.
O, komandasının “Zirə”dən çəkinmədiyini vurğulayaraq bildirib: “Əlimizdən gələni edəcəyik. Rəqib barədə ilk oyundan öncə ötən mövsüm "Qəbələ"də çıxış edən, hazırda isə heyətimizdə olan Əyyub Allaşdan məlumat almışam. Eləcə də “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov futbolçu kimi "Qarabağ"ın heyətində “Şerif”ə qarşı oyunlar keçirib. Köməkçi məşqçim onunla Türkiyədə komanda yoldaşı olub. Buna görə onu çox yaxşı analiz etmişik və məlumat toplamışıq".
İyulun 18-də “Dalğa Arena”da keçiriləcək “Zirə”-“Şerif” matçı saat 20:00-da başlayacaq.
Xatırladaq ki, birinci oyunda Bakı klubu 1:0 hesablı qələbə qazanıb. Bu cütün qalibi II təsnifat mərhələsində “Elfsborq” (İsveç) – “Pafos” (Kipr) görüşünün güclüsü ilə qarşılaşacaq.