Ekvador təmsilçisi "Barselona"nın 20 yaşlı qapıçısı Quayakil Castin Kornexo həyatla vidalaşıb.
"Unikal" xəbər verir ki, gənc qolkiper öz evindəki duş kabinasında yıxılıb.
Ağır vəziyyətdə xəstəxanaya çatdırılan futbolçunun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, sözügedən oyunçu Ekvadorun gənclərdən ibarət yığmasında 1 matça çıxıb.