Koronavirusa yoluxmuş ABŞ prezidenti Co Baydendə xəstəliyin yüngül simptomları var, həyati göstəriciləri və bədən temperaturu normaldır.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ dövlət başçısının həkimi Kevin O'Konnorun açıqlamasında deyilir.
"Prezident koronavirus infeksiyasının yüngül simptomlarını hiss etməkdə davam edir. Onun qızdırması yoxdur və həyati göstəriciləri normal olaraq qalır", - deyə o qeyd edib.
*** 07:53
ABŞ prezidenti Co Bayden koronavirusa yoluxub və xəstəliyin yüngül simptomları müşahidə olunur.
"Unikal"ın məlumatına görə, bu barədə Ağ Evdən məlumat verilib.
"Bu gün Las-Veqasdakı ilk tədbirindən sonra prezident Baydenin COVID-19 ilə bağlı testi pozitiv çıxıb. O, peyvənd olunub və gücləndirilmiş müalicə alıb və onda yüngül simptomlar müşahidə olunur", - deyə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer bildirib.
Qeyd olunub ki, prezident Delaverdəki evinə gedəcək və burada "özünü təcrid edəcək və bu müddət ərzində bütün vəzifələrini yerinə yetirməyə davam edəcək".