“Sabah”ın UEFA Konfrans Liqasının II təsnifat mərhələsində İsrailin “Makkabi” (Hayfa) klubuna qarşı keçirəcəyi cavab oyununun hakimləri açıqlanıb.
"Unikal" UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, matç Slovakiyadan olan hakimlər briqadasına tapşırılıb.
Görüşün baş hakimi Peter Kraloviç olacaq. Ona yan xətt hakimləri Tomaş Straka və Matey Zemko kömək edəcəklər. Boris Marhefka isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, avqustun 1-də keçiriləcək “Sabah”–“Makkabi” oyunu saat 20:00-da başlayacaq.