Paytaxtda minik maşını velosipedçini vurub.

"Unikal"ın məlumatına görə, hadisə az öncə Səbail rayonu ərazisində, Rəsul Rza və Nizami küçələrinin kəsişməsində baş verib.

Zərbənin təsirindən yerə yıxılan velosipedçi yoluna davam etmək istəsə də, ağrılar səbəbindən bunu edə bilməyib.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov