Danimarka millisinin qapıçısı Kasper Şmeyhelin yeni klubu müəyyənləşib.
"Unikal" xəbər verir ki, 37 yaşlı qolkiper karyerasını “Seltik”də davam etdirəcək. O, yeni klubu ilə 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, K.Şmeyhelin son klubu 2021-ci ilin sentyabrından formasını geydiyi “Anderlext” olub.