İyulun 18-də Hindistandan ABŞ-yə uçan "Air India" şirkətinə məxsus təyyarə təcili eniş tələb edərək Rusiyanın Krasnoyarsk hava limanına enib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Boeing 777-nin təcili enişinə səbəb yanğın sensorunun işə düşməsi olub. Təyyarə komandiri bu barədə Krasnoyarskdakı dispetçerlərə məlumat verib və Rusiya şəhərində təcili eniş etmək qərarına gəlib. Təyyarə Dmitri Hvorostovski Beynəlxalq Hava Limanına təhlükəsiz eniş edib.
Federal Hava Nəqliyyatı Agentliyinin mətbuat katibi Artem Korenyakonun sözlərinə görə, təyyarədə 243 sərnişin olub.
Ağarza Elçinoğlu