Portuqaliyanın Baş naziri Luis Monteneqru səhhətinə görə ictimai tədbirləri bazar gününə qədər təxirə salıb.
"Unikal" xəbər verir ki, baş nazirin mətbuat xidmətinin məlumatına görə, “infeksion xarakterli” xəstəlik ciddi deyil və yalnız istirahət tələb edir.
Baş nazir 2025-ci ilin büdcəsi ilə bağlı müzakirələrə başlamaq üçün cümə günü müxtəlif partiyalarla görüşməli idi.
İndi bu görüşlərə digər nazirlər rəhbərlik edəcək.