Amerikalı sahibkar İlon Mask Hindistanın baş naziri Narendra Modini X sosial şəbəkəsində bütün dünya liderləri arasında ən çox abunəçiyə malik olması münasibətilə təbrik edib.
"Unikal" xəbər verir ki, bu barədə Mask "X" səhifəsində yazıb.
"Baş nazir Narendra Modini dünyanın ən populyar lideri olduğuna görə təbrik edirik!" – deyə Mask qeyd edib
Modiyə abunə olan X istifadəçilərinin sayı 100 milyon nəfərdən çoxdur.