Pauerliftinq üzrə Azərbaycan milli komandasının üzvü Ceyhun Mahmudov (54 kq) "Paris-2024" Paralimpiya Oyunlarında iştirak hüququ qazanıb.

"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Milli Paralimpiya Komitəsi məlumat yayıb.

Komitə tərəfindən göndərilən sorğu əsasında 2023-cü ildə Dünya Kubokunda qalib gəlmiş idmançıya Beynəlxaq Paralimpiya Komitəsindən Paralimpiadada iştirak hüququ ("bipartite") verilib.