ABŞ-ın Pensilvaniya ştatının Filadelfiya şəhərində atışma olub.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində azı 3 nəfər ölüb, 7 nəfər yaralanıb. 

Polisin məlumatına görə, atışma 100-150 nəfərin iştirak etdiyi ziyafətdə baş verib.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, hücumun hədəfi 33 yaşlı kişi olub və o, yerindəcə ölüb. Ona çox yaxın məsafədən atəş açılıb. Daha bir nəfər xəstəxanada dünyasını dəyişib. Üçüncü qurbanla bağlı məlumat verilmir.

Atəş açanların bir neçə nəfər olduğu ehtimal edilir. Atışma yerindən 30-a yaxın giliz və odlu silah tapılıb.