Bir sıra Avropa İttifaqı ölkələri Türkiyədən pilotsuz uçuş aparatları (PUA) sifariş edib.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
“Xüsusən də, Qərb ölkələri bir-birinin ardınca sifariş verirlər. Hansı ölkələr olduğunu deməyəcəyəm, amma Aİ ölkələrinin bizə bu cür sifarişlər verməsi bizi sevindirir”, - deyə Ərdoğan qeyd edib.
O xatırladıb ki, Türkiyə artıq öz peykini yaradıb və onu kosmosa göndərib, hazırda isə öz təyyarəsini yaradır.