Araz çayı üzərində bənd tikintisi ilə bağlı layihə sənədləri Türkiyə ilə razılaşdırılma mərhələsindədir.
"Unikal" xəbər verir ki, bu barədə jurnalistlərin sorğusuna cavab olaraq Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi məlumat yayıb.
“Araz çayının əvvəlki məcrasına qaytarılması üçün Burastan və Araksavan icmaları ərazisində bənd tikintisinə gəlincə, bildiririk ki, layihə sənədləri Türkiyə tərəfi ilə razılaşma mərhələsindədir”, - deyə nazirlikdən bildirilib.