“Neftçi” Türkiyənin “Trabzonspor” komandasının futbolçusu Murat Cem Akpınarı heyətinə qatmaq istəyir.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, vaxtilə 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin formasını geyinmiş yarımmüdafiəçi “ağ-qaralar”ın transfer siyahısında yer alır.
25 yaşlı futbolçunun xidmətində Türkiyənin “Antalyaspor”, “Sakaryaspor”, “Bandırmaspor” ve “Kocaəlispor” klubları da maraqlıdır.
Qeyd edək ki, Azərbaycanın U-17 yığmasına 2016-cı ildə dəvət alan Murat Cem Akpınar 13 oyuna 2 qol vurub.