Vaşinqton ikitərəfli münasibətlərdə keyfiyyət dəyişiklikləri üçün İrana qarşı aqressiv siyasətindən əl çəkməlidir.
"Unikal" xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani həftəlik mətbuat konfransında bildirib.
Diplomatın sözlərinə görə, ABŞ-də keçirilən prezident seçkilərinin nəticələri Tehran üçün o qədər də önəmli deyil: "Hansı hökumətin hakimiyyətə gələcəyinin bizim üçün fərqi yoxdur. Əhəmiyyətli olan odur ki, ABŞ İrana qarşı düşmənçilik siyasəti aparır".
Ağarza Elçinoğlu