“Turan Tovuz” heyətinə yeni futbolçu qatıb.

Klubdan "Unikal"a verilən məlumata görə, bölgə təmsilçisi iranlı Araş Qadirini transfer edib. 26 yaşlı müdafiəçi ilə 2+1 illik müqavilə bağlanılıb.

O, son olaraq ölkəsində “Traktorsazi”nin şərəfini qoruyub.

Qeyd edə ki, Araş Qadiri daha əvvəl İranda “Aliminium” və “Peykan” klublarının formasını geyinib.