ABŞ-ın “Paris-2024” Yay Olimpiya Oyunlarındakı bayraqdarlarından biri müəyyənləşib.

"Unikal" xəbər verir ki, iyulun 26-da keçiriləcək açılış mərasimində bu funksiyanı tanınmış basketbolçu Lebron Ceyms yerinə yetirəcək. Bu barədə ABŞ Olimpiya Komitəsi məlumat yayıb.

Ulduz basketbolçu indiyədək iştirak etdiyi “Afina-2004”də bürünc, “Pekin-2008” və “London-2012” Yay Olimpiya Oyunlarında isə qızıl medal qazanıb.

ABŞ-ın qadın bayraqdarının adı isə iyulun 23-də açıqlanacaq.

Qeyd edək ki, “Paris-2024” Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.