Perunun Tarma əyalətində avtobusun 200 metr hündürlükdən dərəyə aşması nəticəsində azı 9 nəfər ölüb.
“Unikal" xarici mətbuata istinadən xəbər verir ki, avtobusda olan xalq orkestrinin musiqiçiləri Limaya konsert vermək üçün gedirlərmiş.
Ümumilikdə avtobusda 20 musiqiçi olub, onlardan 8-i ölüb, daha 12-si yaralanıb. Qeyd olunub ki, sürücü nəqliyyat vasitəsini digər avtomobillə toqquşmadan yayındırmağa çalışıb.
Nəticədə idarəetmədən çıxan avtobus dərəyə aşıb. Qəzada həmçinin sürücü də ölüb.