İlon Mask "Tesla"nın gələn il insanabənzər robotlardan istifadə edəcəyini açıqlayıb.
"Unikal" xəbər verir ki, bu barədə o, "X" hesabındakı paylaşımında bildirib.
Mask gələn il şirkət daxili istifadə üçün insanabənzər robotlara sahib olacağını qeyd edib.
"Tesla gələn il daxili istifadə üçün az istehsalda həqiqətən faydalı ola biləcək insanabənzər robotlara sahib olacaq və onların 2026-cı ildə digər şirkətlər üçün də yüksək istehsalda olacağına ümid edirik", - deyə Mask paylaşımında bildirib.
Qeyd edək ki, aprel ayında Mask "Optimus" adlı Tesla robotunun bu ilin sonuna qədər fabrikdə işləyə biləcəyini və 2025-ci ilin sonuna qədər satışa hazır ola biləcəyini vurğulamışdı.
Zərifə Nağıyeva