Tanınmış sosial media fenomeni Danla Biliç Türkiyə millisinin futbolçusu Doğan Alemdarla eşq yaşamağa başlayıb.

"Unikal" Türkiyə mediasına istinadən xəbər verir ki, sonuncu dəfə reper Çakalla sevgili olan və son aylarda münasibətini bitirən Danla Biliç futbolçu Doğan Alemdarı İnstaqramda izləməyə başlayıb.

Bir müddətdir sevgili olduqları haqda xəbərlər yayılan cütlük ötən gün ilk dəfə birlikdə getdikləri Belqradda görüntülənib.

Onlar   münasibətləri ilə bağlı hələlik açıqlama verməyib. Digər tərəfdən, Biliçlə Alemdar arasındakı boy fərqi də diqqətdən yayınmayıb.

Zərifə Nağıyeva