Rusiya cavab tədbiri olaraq 15 Britaniya vətəndaşına qarşı sanksiya tətbiq edib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytında qeyd olunub. 

Sanksiya siyahısına Ukraynaya döyüş sistemlərinin tədarükü və Ukrayna Silahlı Qüvvələrinin hazırlığı ilə məşğul olan hərbi sənaye kompleksi müəssisə və şirkətlərinin rəhbərləri, həmçinin anti-Rusiya mövqeyində olan publisistlər və ekspertlər daxil edilib. 

Beləliklə, indi onların Rusiya Federasiyasının ərazisinə daxil olması qadağandır.

Ağarza Elçinoğlu