Xəbər verdiyimiz kimi, iyulun 23-ü saat 7 radələrində 2002-ci təvəllüdlü Hüseyn Kazımov aralarında yaranmış mübahisə zamanı 2002-ci il təvəllüdlü arvadı Ayşən Kazımovanı yaşadıqları mənzilin pəncərəsindən yerə atıb.
"Unikal"ın məlumatına görə, Ayşən Kazımova xəstəxanada dünyasını dəyişib.
"Baku TV"-yə danışan şahidlərin sözlərinə görə, pəncərədən atılan qadının əlləri bağlı şəkildə olub. Üstəlik, həyat yoldaşı aşağı düşərək onu təpikləyərək "Sən hələ ölməmisən?" deyib.
Məlumata görə, ərlə arvad arasında mübahisə qızıl üstündə baş verib.
Qeyd edək ki, faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. Hüseyn Kazımov iş üzrə şübhəli şəxs qismində tutulub.