Məşhur "Ratatuy" cizgi filmində olduğu kimi, Parisi siçovullaın basması səhnəsi real olmağa başlayıb.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, Fransa paytaxtında siçovulların sayı şəhər sakinlərini narahat edəcək dərəcədə artıb.
Bu isə Olimpiya oyunları zamanə Parisdə yöndəmsizliyə səbəb ola biləcəyi qorxusu yaradıb.
Bu səbəbdən paytaxt rəhbərliyi siçovullarla mübarizə tədbiri olaraq gəmiriciləri yeraltı yuvalarından çıxara biləcək qida qalıqlarını təmizləmək üçün hərtərəfli təmizləmə əmri verib, həm də mülklərin ətrafındakı kanalizasiya çıxışları bağlanıb.
Siçovulların çox olduğu ərazilərdə tələlər quraşdırılıb, eyni zamanda kimyəvi məhlullardan istifadə edilir.