İsmayıllıda kişi bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

"Unikal"ın məlumatına görə, 1986-cı il təvəllüdlü Ağayev Ağabala Əlibala oğlu İsmayıllı rayonu Çayqovuşan kəndi ərazisində yerləşən şəlalədən yıxılaraq ölüb. Polis və prokurorluq əməkdaşları hadisə yerində araşdırmalar aparır.
Murad İbrahimli