Bıçaqlamağa görə saxlanılan keçmiş diplomat Emin İbrahimov cinayət məsuliyyətinə cəlb edilib.
"Unikal" xəbər verir ki, Nizami Rayon Məhkəməsində hakim Nigar Qədirlinin sədrliyi ilə keçirilən prosesdə keçmiş diplomat Emin İbrahimov 4 ay müddətinə həbs edilib.
Qeyd edək ki, keçmiş diplomata qarşı Azərbaycan Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq zəminində qəsdən sağlamlığa ağır zərər vurma) və 221.1-ci (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.