Samur-Abşeron kanalının Ceyranbatandan keçən hissəsində çimərkən batan 14 yaşlı yeniyetmənin meyiti sudan çıxarılıb.

"Unikal" verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları onun meyiti aidiyyəti üzrə təhvil veriblər.

*** 20:51

Samur-Abşeron kanalının Ceyranbatandan keçən hissəsində 14 yaşlı yeniyetmə çimərkən batıb.

"Unikal" apa-ya istinadən xəbər verir ki, 2010-cu il təvəllüdlü Mirzəyev Sübhan Ramiz oğlu Samur-Abşeron kanalının Ceyranbatandan keçən hissəsində çimərkən batıb.

FHN-nin əməkdaşları hazırda axtarışları davam etdirir.