ABŞ-nin paytaxtı Vaşinqtonda Konqresdə çıxış edən İsrailin baş naziri Binyamin Netanyahu konqres üzvləri tərəfindən uzun sürən alqışlarla qarşılanıb.
"Unikal" xəbər verir ki, Netanyahu çıxışının əvvəlində əksəriyyəti qadın və uşaqların 39 min fələstinlinin həyatını itirdiyi Qəzzada baş verən müharibəni “sivilizasiya ilə barbarlıq” arasında gedən bir savaş kimi qiymətləndirib.
İsrailli məhbusları xilas etmək üçün göstərdiyi səylərə görə ABŞ prezidenti Co Baydenə təşəkkür edən Netanyahu, “Biz prezident Baydeni 40 ildir tanıyırıq və ona yarım əsrdir İsrailin dostu olduğuna görə təşəkkür etmək istərdik. İrlandiya əsilli Amerika yəhudisi olmaqdan qürur duyuram", - deyib.
Netanyahunun sözləri tez-tez alqışlarla kəsilərkən, görüntülərə Türkiyədən ilk reaksiya gəlib.
Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş həmin görüntülərlə bağlı bunları deyib:
"Beynəlxalq məhkəmələrdə mühakimə olunan qatili “alqışlayan” camaat bu qətliamın ortağı olaraq bəşəriyyətin yaddaşına həkk olunub".
Gülayə Mecid