Sərhədin demarkasiyasından sonra Kiratsda Azərbaycan və Ermənistan sərhədçiləri arasında iki insident yaşanıb.
"Unikal" xəbər verir ki, bu barədə "Hraparak" nəşri yazıb.
Hadisə yeni salınan yolun yaxınlığında qeydə alınıb. Məlum olub ki, Ermənistanın çəkdiyi yeni yol sərhəd pozuntusu ilə çəkilib.
Erməni deputat Qarnik Danielyan məlumatı təsdiqləyib: "Kirants sakinlərindən öyrəndim ki, ötən gün Kirantsa gedən yeni yolda insident baş verib. Azərbaycan sərhədçiləri gəlib erməni sərhədçiləri ilə mübahisə edib və bildiriblər ki, yeni salınan yolun bir hissəsi Azərbaycan torpaqlarından keçir".
Ağarza Elçinoğlu