"Gəncə şəhər sakini Sədaqət Cəlalinin nəvəsinin əqli qüsurlu olması və kimlərinsə təhriki ilə oğurluq etməsi barədə dedikləri həqiqətə uyğun deyil".
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Unikal"a bildirilib ki, Gəncə şəhər sakini Ayxan Əliyev cari ilin iyun ayının 2-dən 3-nə kimi nənəsinə məxsus fərdi yaşayış evindən ümumi dəyəri 102,110 manat olan qızıl-zinət, məişət və elektronik əşyalarını oğurlayaraq müxtəlif şəxlərə satıb.
İş üzrə Gəncə Şəhər Baş Polis İdarəsində cinayət işi başlanıb, cinayəti törətməkdə şübhəli bilinən A. Əliyev saxlanılıb. İstintaq zamanı oğurlanan əşyaların bir qisminin yeri polis əməkdaşları tərəfindən müəyyən edilərək zərərçəkənə qaytarılmışdır. Məhkəmənin qərarı ilə şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Bundan başqa zərərçəkənin nəvəsi, cinayəti törətməkdə şübhəli bilinən A.Əliyevin araşdırma zamanı hər hansı bir fiziki və ya əqli qüsuru müəyyən edilməmişdir və əvvəllər də oğurluq etdiyinə görə məhkum olunub.