Moskvada kişi küçədə qadına hücum edərək körpəni qaçırıb.

"Unikal" Rusiya mətbuatına istinadən xəbər verir ki, kişi qızı anasının qucağından alıb qaçmağa çalışsa da, hadisənin şahidi onu yaxalayıb.

 Oğru körpəni yerə atıb və nəticədə uşaq çoxsaylı xəsarətlər alıb.  Hadisəni törədən 27 yaşlı kişi  saxlanılıb, onun barəsində “Oğurluq” maddəsi ilə cinayət işi açılıb.