Paris Olimpiadasının təşkili dünya mediasının diqqət mərkəzində olmaqda davam edir.
"Unikal" xəbər verir ki, stolüstü tennis üzrə qadınlardan ibarət İsveç yığmasının məşqçisi Tobias Berqman mətbuata verdiyi açıqlaması ilə diqqət çəkib.
Berqman "Paris Hindistandan daha pisdir" deyə bənzətmə edib. Həmçinin, o, isti havaya və yerli hakimiyyət orqanlarının idmançılar üçün şəraiti birtəhər yüngülləşdirmək cəhdlərinin olmamasından gileylənib.
Xüsusilə, Olimpiya təşkilatçıları “ətraf mühiti qorumaq” üçün kondisionerlərin sayını azaldıblar. Nəticədə idmançılar havasız avtobuslarda 40 dəqiqə oraya gedib məşq üçün geri qayıtmaqdan şikayətlənirlər.
"Bundan əlavə, avtobusların özləri çox azdır, idmançılar bütün bu 80 dəqiqə ərzində çox vaxt istidə dayanırlar", - deyə o, vurğulayıb.