Azərbaycanın 18 yaşadək qızlardan ibarət basketbol yığması Avropa çempionatının C divizionunun qrup mərhələsində sonuncu oyununa çıxıb.
"Unikal" xəbər verir ki, daha əvvəl yarımfinala vəsiqəni təmin edən Evren Alkayanın rəhbərlik etdiyi kollektiv Kosovonun paytaxtı Priştina şəhərində Ermənistanla üz-üzə gəlib. Görüş milli komandanın 68:42 hesablı qələbəsi ilə yekunlaşıb.
C divizionunda mübarizə aparan oğlanlardan ibarət komanda da Ermənistanla qarşılaşacaq. Matç bu gün Bakı vaxtı ilə saat 18:00-da start götürəcək. Anar Sarıyevin yetirmələri ilk oyunda Moldovaya (87:76) qalib gələrək yarımfinala vəsiqəni təmin ediblər.