Fransanın paytaxtı Parisdə XXXIII Yay Olimpiya Oyunlarının cüdo yarışlarının püşkatma mərasimi keçirilib.

"Unikal" xəbər verir ki, püşkatmanın nəticələrinə əsasən, Azərbaycan cüdoçularının da ilk rəqibləri məlum olub.

Qadınlar

-48 kiloqram

Leyla Əliyeva - Xalimacon Kurbonova (Özbəkistan)

-52 kiloqram

Gültac Məmmədəliyeva - Anqelika Delqado (Amerika Birləşmiş Ştatları)

Kişilər

-60 kiloqram

Balabəy Ağayev - Simon Zulu (Zambiya) / Yin Kim Von (Cənubi Koreya) qarşılaşmasının qalibi ilə

-66 kiloqram

Yaşar Nəcəfov - Strahinya Bunçiç (Serbiya)

-73 kiloqram

Hidayət Heydərov - Tohar Butbul (İsrail) / Messaoud Redouane Dris (Əlcəzair)

-81 kiloqram

Zelim Tçkayev - Alfa Umar Calo (Fransa) / Abdelrahman Abdelqhani (Misir) görüşünün qalibi ilə

-90 kiloqram

Elcan Hacıyev - Mihael Zqank (Türkiyə)

-100 kiloqram

Zelim Kotsoyev - Tomas Briseno (Çili) / Piotr Kuçera (Polşa) görüşünün qalibi ilə

+100 kiloqram

Uşanqi Kokauri - Rafael Silva (Braziliya)

Xatırladaq ki, cüdo üzrə fərdi yarışlar iyulun 27-dən avqustun 2-dək keçiriləcək. Azərbaycanın cüdo üzrə milli komandası yarışda qadınlar və kişilər arasında 9 idmançı ilə təmsil olunacaq.

Cüdo yarışlarının ilk görüşləri hər gün Bakı vaxtı ilə saat 12:00-da, final bloku isə 18:00-da başlayacaq.