Portuqaliya millisinin futbolçusu Pepe karyerasını bitirməyi düşünür.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı komandaları 41 yaşlı müdafiəçiyə təkliflər göndərsələr də, o, peşəkar futbolla vidalaşmağı istəyir.
Son olaraq ölkəsinin “Portu” komandasında çıxış edən futbolçu hazırda azad agent statusundadır.
Qeyd edək ki, Pepe karyerasında ərzində “Portu” ilə yanaşı, ölkəsində “Martimo”, İspaniyanın “Real Madrid” və Türkiyənin “Beşiktaş” komandalarının formalarını geyinib.