Sabiq futbolçu və məşqçi, əfsanəvi braziliyalı Ziko Parisdə qarət edilib.
"Unikal" xəbər verir ki, bu barədə "Le Parisien" yazıb.
O, Braziliyanın Olimpiya nümayəndə heyətinin tərkibində Fransa paytaxtına gedib: "Zikonun çantası oğurlanıb, itki yarım milyon avrodur".
Hadisə iyulun 25-də taksiyə minərkən baş verib. İki kişi maşına yaxınlaşıb, onlardan biri taksi sürücüsünün diqqətini yayındırıb, digəri isə Zikonun çantasını götürüb. Çantada Rolex saatı, brilyant zinət əşyaları və nağd pul olub.
Paris polisi araşdırmaya başlayıb.
Ağarza Elçinoğlu