İspaniyanın “Real Madrid” və İtaliyanın “Atalanta” komandaları arasında UEFA Superkuboku uğrunda oyunu idarə edəcək hakimin adı açıqlanıb.

"Unikal" UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, görüşü isveçrəli referi Sandro Şerer idarə edəcək.

Qarşılaşma avqustun 14-də Polşanın paytaxtı Varşavada keçiriləcək.

Qeyd edək ki, “Real Madrid” Çempionlar Liqasının, “Atalanta” isə Avropa Liqasının son qalibləridir.