"Fiorentina" "Montsa" klubunun yarımmüdafiəçisi Andrea Kolpanini heyətinə cəlb edib.

"Unikal" xəbər verir ki, bu barədə Florensiya təmsilçisinin mətbuat xidməti rəsmi saytı vasitəsilə məlumat yayıb.

"Fiorentina" futbolçunu icarəyə götürüb. 25 yaşlı Kolpani 12 milyon avro ödəniş və 2 milyon avroya qədər bonus qarşılığında sonradan birdəfəlik almaq imkanı ilə bir mövsümlük icarəyə götürülüb.

Andrea Kolpani 2023/24 mövsümündə "Montsa"nın heyətində 38 oyun keçirib, 8 qol vurub və 4 məhsuldar ötürmə edib.