Azərbaycanın qılıncoynadanı Anna Başta Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarına qələbə ilə başlayıb.

"Unikal" xəbər verir ki, təmsilçimiz 1/16 mərhələsində çinli Yanq Henqyuya qalib gəlib.

Görüş idmançımızın 15:9 hesablı qələbəsi ilə yekunlaşıb.

A.Başta növbəti mərhələdə ukraynalı Olqa Xarlanla üz-üzə gələcək.